AXCP üzvünün məhkəməsi olub - `FETÖ işi`


15:20     25 Aprel 2017 534667.jpg

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəməni hazırlıq iclası davam edib.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev cinayət işinə xitam verilməsi, bu təmin olunmayacağı təqdirdə isə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Prosesin baxış iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 994